Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlGömrükdən büdcəyə daxil olan məbləğ məlum oldu
27 May 2024 16:56 | Baxış sayı: 583
Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 510 milyon 107,3 min manat həcmində vergi və rüsumlar daxil olub.
AJMEDİA.İNFO Komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici 2023-cu ilin eyni dövrü ilə müqayisədə 1,7% və ya 8 milyon 395,9 min manat artıb.
Aprel ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 352 milyon 931,7 min manat təşkil edib. Ay ərzində dövlət büdcəsinə 139 milyon 26,5 min manat ƏDV üzrə daxilolma olub.
Apreldə aksizlər üzrə büdcə daxilolmaları 14 milyon 9121,4 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə ötən ay 3 milyon 236,7 min manat olub.//Yeniavaz.com