Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəl“Hamı 120 ilə sürür, kəməri taxsaydı, ölməzdi…” – İki körpəni anasız qoyan sürücü DANIŞDI
15 Mart 2023 11:56 | Baxış sayı: 550
Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretmə qaydasını kobud şəkildə pozan və bir nəfərin ölümünə səbəb olan sürücü qəzadan danışıb.
AJMEDİA.İNFO-ya Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, həmin qəzanı törədən “KİA”markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Seyidov Namiq Mirqasım oğlu DYP əməkdaşları ilə söhbət zamanı sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib:
“İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? O yolda avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir, demek olar heç kim. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim. Həmin vaxt xanım təhlükəsizlik kəmərini taxsa idi, bəlkə də indi sağ idi”.”.
Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heç nə olmazdı deyə vurğulayıb.
Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var.