05 May 2025
Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - VİDEO

Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - VİDEO

Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - VİDEO

09 Yanvar 2025 11:02 | Baxış sayı: 396

Bakıda yerləşən özəl xəstəxanalardan birində cərrah əməliyyat zamanı doğum gününü qeyd edib.

AJMEDİA.İNFO xəbər verir ki, həkim bu barədə instaqram hesabında paylaşım edib.

Məlumata görə, hadisə “German Hospital”da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrahı, mama-ginekoloq Ləman Əliyeva olub. Modern.az məsələ ilə bağlı Ləman Əliyeva ilə əlaqə saxlayıb.

O deyib ki, həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu: “Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər”.

Səhiyyə Nazirliyi əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Sözügedən görüntüləri təqdim edirik: