Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlHelsinki Komissiyasının sədri Gürcüstanda repressiyalarda iştirak edən hakim və prokurorlarının siyahısını dərc etdi...-SİYAHI
08 Fevral 2025 15:00 | Baxış sayı: 431
Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson "X" sosial şəbəkəsində onun iddiasına görə, repressiyalarda iştirak edən gürcü hakim və prokurorlarının siyahısını dərc edib.
Moderator.az xəbər verir ki, bu haqda "SOVA" portalı məlumat yayıb.
“İvanişvili rejiminin bütün girovları və siyasi məhbusları azad edilməlidir! Bu amansız repressiyalarda iştirak edən bütün hakimlər, prokurorlar cəzalandırılmalıdır!
"Azad və ədalətli seçkilər irəliyə doğru yeganə yoldur", - deyə Co Vilson yazıb.