05 May 2025
“HƏMAS girovları qaytarmasa, İsrail döyüşləri bərpa edəcək” – Netanyahu

“HƏMAS girovları qaytarmasa, İsrail döyüşləri bərpa edəcək” – Netanyahu

“HƏMAS girovları qaytarmasa, İsrail döyüşləri bərpa edəcək” – Netanyahu

11 Fevral 2025 19:00 | Baxış sayı: 453

“HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu əsas nazirlərin iştirakı ilə keçirilən hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu üzrə deyib.

“Qəbul etdiyim və Nazirlər Kabineti yekdilliklə təsdiqlədiyi qərar budur: Əgər HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS nəhayət məğlub olana qədər intensiv hərbi əməliyyatlara davam edəcək”, - Netanyahu deyib.

Lakin o, İsrailin şənbə gününə qədər neçə girovun azad edilməsini tələb etdiyini dəqiqləşdirməyib.