Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəlHƏMAS İsrailə meydan oxudu: "İstədiyiniz qədər..."
27 Oktyabr 2023 14:00 | Baxış sayı: 773
HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın sözçüsü Əbu Ubeyde İsrailə meydan oxuyub.
AJMEDİA.İNFO xəbər verir ki, o bildirib ki, İsrailin hücumları məqsədinə çatmayacaq.
"İstədiyiniz qədər qüvvə ilə gəlin! Tanklarınızla və ya ayağınızla. Qurudan və ya dənizdən. Nə etsəniz, boşa çıxacaq”- Əbu Ubeyde deyib.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Ardınca İsrail cavab hücumları təşkil edib. Tərəflər minlərlə itki veriblər.