05 May 2025
"HƏMAS israilli girovun cəsədinin əvəzinə Qəzza sakininin meyitini təhvil verib" - NETANYAHU

"HƏMAS israilli girovun cəsədinin əvəzinə Qəzza sakininin meyitini təhvil verib" - NETANYAHU

"HƏMAS israilli girovun cəsədinin əvəzinə Qəzza sakininin meyitini təhvil verib" - NETANYAHU

21 Fevral 2025 16:15 | Baxış sayı: 558

"HƏMAS hərəkatının nümayəndələri israilli girov Şiri Babasın cəsədinin əvəzinə Qəzzanın naməlum sakininin meyitini təhvil veriblər".

AJMEDİA.İNFO TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bunu razılaşmanın insafsız və alçaq şəkildə pozulması kimi qiymətləndirib. Baş nazir HƏMAS-ın bu addımına görə, böyük əvəz ödəyəcəyini vurğulayıb.

Xatırladaq ki, HƏMAS fevralın 20-də dörd israilli girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Onların arasında Ş.Babasın da olduğu deyilirdi.