Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəl“Hər şey çox gözəl olacaq, Əkrəm abi” şüarının müəllifi olan gənc də HƏBS EDİLDİ
26 Mart 2025 15:57 | Baxış sayı: 522
2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib.
AJMEDİA.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib.
“Hər şey çox gözəl olacaq” sözünün memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun son cümləsi belə oldu: “Xahiş edirəm, məni unutdurmayın”. Biz heç vaxt unutmayacağıq, heç vaxt unutdurmayacağıq! Hər şeyə rəğmən, hər şey çox gözəl olacaq!”, - vəkil bildirib.
Məlumata görə, gəncin həbs olunmasına “Qanuna zidd toplantı və yürüşlərə silahsız şəkildə qatılaraq, xəbərdarlığa baxmayaraq, özbaşına dağılışmamaq” səbəb olub.