Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlHidayət Heydərov millidən çıxarıldı - SƏBƏB
22 Aprel 2025 12:10 | Baxış sayı: 554
Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
AJMEDİA.İNFO xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.