Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
10 saat əvvəl“Hizbullah” İsrail ərazisinə RAKET ATDI
24 Sentyabr 2024 14:25 | Baxış sayı: 370
Livanın “Hizbullah” hərəkatının döyüşçüləri İsrailin Kiryat-Şmona şəhərinə raket zərbələri endirib.
AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın Mətbuat xidməti yayıb.
Məlumatda sözügedən şəhərə çox sayda raket zərbələri endirildiyi qeyd olunub.
Bildirilib ki, “Hizbullah” Livanın cənub və şərqinin İsrail ordusu tərəfindən raket atəşinə tutulmasına cavab olaraq bu addımı atıb.
Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə aviazərbələr endirib. Nəticədə 492 nəfər həlak olub, daha 1645 nəfər isə yaralanıb.