Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəl“Hizbullah” liderlinin varisi öldürüldü
05 Oktyabr 2024 17:11 | Baxış sayı: 399
Livanın “Hizbullah” hərəkatının baş katibi postuna əsas namizəd hesab edilən təşkilatın icra şurasının rəhbəri Haşim Safi əd-Din İsrailin Beyruta hücumu nəticəsində öldürülüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Safi əd-Din oktyabrın 4-ü cümə günü İsrail ordusunun Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.
Onunla birlikdə Hizbullahın bir neçə yüksək rütbəli üzvü, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabiti öldürülüb.