Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəl"İki aya təqaüdə çıxacaqdı, özünü fəda edib insanları qurtardı" - İqor Kşnyakinin dostu
26 Dekabr 2024 15:39 | Baxış sayı: 327
“Onunla üç gün əvvəl görüşmüşdük. Bu səfərdən qayıdan kimi yenidən görüşəcəkdik”.
AJMEDİA.İNFO APA-ya istinadla xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.
O, İqor Kşnyakinin mükəmməl və pozitiv insan olduğunu vurğulayıb: “Son anda özünü fəda edərək insanları xilas etdi. İşindən danışmağı sevmirdi. İki aya təqaüdə çıxmaq vaxtı tamam olacaqdı, lakin bu barədə heç fikirləşmirdi”.