05 May 2025
“İkimiz üçün də xeyirlisi budur” - Tanınmış müğənni boşandı

“İkimiz üçün də xeyirlisi budur” - Tanınmış müğənni boşandı

“İkimiz üçün də xeyirlisi budur” - Tanınmış müğənni boşandı

14 Noyabr 2023 10:16 | Baxış sayı: 623

Tanınmış müğənni Elvin Mirzəzadə boşanıb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə ifaçı özü sosial şəbəkə hesabında yazıb.

“Üzülərək və təəssüf hissiylə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, böyük əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə qismət..”, deyə Mirzəzadə bildirib.

O, fikirlərini bu cür davam etdirib: “Keçmiş həyat yoldaşıma hörmətim olduğu kimi qalır. İstəməzdim belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur, deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib həyatıma yalnız davam edirəm”.

Qeyd edək ki, sənətçi ötən il ailə həyatı qurmuşdu.