05 May 2025
İlon Maskın 5000 uşaq atası olması ilə bağlı GİZLİ PLANI

İlon Maskın 5000 uşaq atası olması ilə bağlı GİZLİ PLANI

İlon Maskın 5000 uşaq atası olması ilə bağlı GİZLİ PLANI

30 Aprel 2025 11:48 | Baxış sayı: 380

İlon Maskın 5000 uşaq ata olmaq üçün gizli planı var.


AJMEDİA.İNFO-nun xarici mediaya istinadla xəbərinə görə, Maskın dörd qadından ən azı 14 uşağı var. Bu yaxınlarda Maskın oğlunun atası olduğunu iddia edən influencer Eşli Sent-Kler indi onun 5000 uşaq ata olmaq istədiyini bildirən mesajlar sızdırıb.


Bu ilin fevral ayında 26 yaşlı Sent-Kler 5 ay əvvəl uşaq dünyaya gətirdiyini və “Atasının İlon Maskın” olduğunu açıqlayıb. O, atalıq və qəyyumluğun müəyyən edilməsi üçün məhkəməyə müraciət edib.


Mask uşağın onun olub-olmadığını açıq şəkildə təsdiqləməyib və cütlük məhkəmədə mübarizəni davam etdirir. Mask Eşliyə göndərdiyi mesajların birində yazıb: "Apokalipsisdən əvvəl legion səviyyəsinə çatmaq üçün surroqat analardan istifadə etməliyik".


Legion qədim Roma ordusunda istifadə edilən hərbi birlik idi və adətən təxminən 5000 əsgərdən ibarət olub.