Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlİlon Maskın şirkətinə beyin çiplərini insanlar üzərində sınaqdan keçirməyə icazə verilib
26 May 2023 12:40 | Baxış sayı: 354
“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın beyin çipləri istehsal edən “Neuralink” şirkəti insanlarda klinik sınaqlar üçün tənzimləyicidən icazə alıb.
Bu barədə məlumat şirkətin tviter səhifəsində yerləşdirilib.
“İnsan üzərində klinik sınaqlara başlamaq üçün FDA (Qida və dərman administrasiyası - Red) təsdiqini aldığımızı məmnuniyyətlə elan edirik!”-məlumatda vurğulanıb.
“Neuralink” qeyd edib ki, klinik sınaqlarda iştirakçıların işə qəbulu ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq.