Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01İran və Səudiyyə Ərəbistanı diplomatik korpusların açılmasına dair razılığa gəlib
28 Aprel 2023 18:12 | Baxış sayı: 543
İran və Səudiyyə Ərəbistanı diplomatik korpusların yaxın günlərdə açılmasına dair razılığa gəlib.
Bu barədə Livanda səfərdə olan İran XİN başçısı Hüseyn Əmir Abdullahian ölkəsinin Beyrutdakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.
“Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə bu yaxınlarda keçirdiyimiz görüşdə yaxın günlərdə iki ölkədə səfirlik və konsulluqların açılması barədə razılığa gəldik”, - diplomat qeyd edib.
Nazir Səudiyyə Ərəbistanının xarici işlər nazirinin İrana səfər dəvətini qəbul etdiyini bildirib: "Səudiyyəli həmkarım da məni rəsmi şəkildə ölkəsinə səfərə dəvət edib və mən də onun dəvətinə cavab verəcəyəm".
Nazir əlavə edib ki, İraqla Oman Tehran və Ər-Riyad arasında razılığın əldə olunmasında və münasibətlərin normal vəziyyətə qayıtmasında müsbət rol oynayıb.