14 May 2025
İran XİN rəhbəri: ABŞ-la əsir mübadiləsi gündəmdədir

İran XİN rəhbəri: ABŞ-la əsir mübadiləsi gündəmdədir

İran XİN rəhbəri: ABŞ-la əsir mübadiləsi gündəmdədir

28 Aprel 2023 21:30 | Baxış sayı: 537

İran və ABŞ 13 ay əvvəl məhbusların mübadiləsi barədə razılığa gəlib.

Bu barədə Livanda səfərdə olan İran XİN başçısı Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.

“İran-ABŞ məhbus mübadiləsi sazişi 13 ay əvvəl Vaşinqton nümayəndəsi və İran tərəfindən imzalanıb, lakin son həftələrdə tərəflər sazişi yeniləmək barədə razılığa gəliblər”, - nazir qeyd edib.

Nazir bildirib ki, İran məhbus mübadiləsini humanitar məsələ hesab edir: “Əldə edilə biləcək razılaşma əsasında bunu etməkdə israrlıyıq”.