Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlİranda partlayış nəticəsində 4 sərhədçi xəsarət alıb
15 İyul 2023 04:20 | Baxış sayı: 660
İranın Pakistanla sərhədinə yaxın Sistan-Bəlucistan əyalətinin Mircave şəhəri yaxınlığında minanın partlaması nəticəsində bu ölkənin 4 sərhədçisi yaralanıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Fars” agentliyi məlumat yayıb.
“Terror aktının dörd zərərçəkənindən üçünün vəziyyəti sabitdir, dördüncü yaralı isə müalicə üçün Zahedan (əyalətin paytaxtı – red.) xəstəxanasına aparılıb”, - nəşr yazır.
Hazırda heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.