Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlİslandiyanın Rusiyadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandıracaq
09 İyun 2023 18:00 | Baxış sayı: 571
İslandiyanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 1-dən fəaliyyətini dayandıracaq.
Bu barədə İslandiya Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, İslandiya hökuməti Rusiya ilə diplomatik münasibətlərin dayandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, ölkənin Moskvadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandırır.
Vurğulanıb ki, İslandiya Rusiyadan da paytaxt Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb edib.