05 May 2025
İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

01 Aprel 2025 13:16 | Baxış sayı: 385

İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin- 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.