05 May 2025
İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək

İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək

İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək

27 İyun 2023 14:15 | Baxış sayı: 670

İsrail hakimiyyəti İordan çayının qərb sahilində yəhudi məskunlaşanlar üçün təxminən 5700 mənzil tikintisinə icazə verib. Məsul orqan iyunun 26-da müxtəlif yerlərdə yaşayış binalarının tikintisi ilə bağlı müvafiq planları təsdiqləyib.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail hökumətinin mövqeyi ABŞ və bir sıra digər Qərb ölkələrinin israillilərlə fələstinlilər arasında uzun müddətdir davam edən münaqişənin həlli lehinə yaşayış məntəqələrinin tikintisini dayandırmaq çağırışlarına ziddir. Bu ilin yanvar ayından etibarən Benyamin Netanyahunun başçılıq etdiyi Nazirlər Kabineti 7 mindən çox yeni yaşayış binasının maliyyələşdirilməsini təsdiqləyib.