Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlİsrail şirkəti Hollandiyanı PUA-lardan müdafiə sistemləri ilə təmin edəcək - əməliyyatın məbləği məlumdur
21 Avqust 2023 14:17 | Baxış sayı: 570
Avqustun 21-də, İsrailin “Elbit Systems” şirkəti silah tədarükü üçün daha bir müqavilə imzalayıb. Bu dəfə şirkət Hollandiya Ordusunun pilotsuz uçuş aparatına qarşı müdafiə sistemi tədarük etməyə razılaşıb.
AJMEDİA.İNFO xəbər verir ki, əməliyyat məbləği 55 milyon dollardır, sifariş dörd il ərzində tamamlanmalıdır. Elbit Systems Hollandiyanı müxtəlif hava şəraitində həm şəhər, həm də açıq ərazilərdə həm gündüz, həm də gecə PUA-ları effektiv şəkildə tapan, müəyyən edən və zərərsizləşdirən ReDrone sistemi ilə təmin edəcək.