Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
2 saat əvvəlİsraildə meşə yanğınları davam edir - 17 yaralı - VİDEO
01 May 2025 13:29 | Baxış sayı: 319
İsraildə Yerusəlim yaxınlığında meşə yanğınları ilə mübarizə davam edir.
AJMEDİA.İNFO “The Times of Israel” portalına istinadən xəbər verir ki, hazırda 11 yerdə yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.
Əməliyyata 11 təyyarə cəlb edilib. Bununla yanaşı, 17 yanğınsöndürənin xəsarət aldığı qeyd olunub. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, İsrail meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyib.