Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəlİsrailin bu ölkələrdəki səfirlikləri TƏXLİYƏ EDİLDİ
18 Oktyabr 2023 13:00 | Baxış sayı: 817
İsrailin Mərakeş və Misirdəki səfirlikləri təxliyə edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi Qəzza zolağındakı vəziyyətlə əlaqədar Mərakeş və Qahirədəki səfirliklərinin əməkdaşlarını təxliyə edib.
Məlumata görə, bütün ölkələrdəki diplomatik missiyaların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi elan edilib.
Vurğulanıb ki, bu işləri həssas ölkələrdən səfirlərin daha təhlükəsiz dövlətlərə köçürülməsi tamamlayır. Eyni zamanda səfirlərə zərurət olmadığı halda yaşadıqları mənzilləri tərk etməmək barədə göstəriş verilib.