05 May 2025
İsrailli girovların azad edilməsi prosesi BAŞLADI

İsrailli girovların azad edilməsi prosesi BAŞLADI

İsrailli girovların azad edilməsi prosesi BAŞLADI

30 Yanvar 2025 15:21 | Baxış sayı: 718

Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində israilli girovların azad edilməsi prosesi başlayıb. Belə ki, Fələstinin "İslami Cihad" hərəkatı bu gün azad edilməsi planlaşdırılan girovlardan ikisini müttəfiqlərinə təhvil verib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan "Saraya al-Quds" ("Qüds Briqadaları") qruplaşmasının "Telegram" kanalında bəyan edilib.


"İsrailli girovlar Arbel Yehudla Qadi Mozes müttəfiqlərə təhvil verilib və bu gün (30 yanvar, cümə axşamı - red.) İsraillə razılaşma çərçivəsində azad ediləcəklər", - deyə sənəddə qeyd olunur.


Xatırladaq ki, İsraillə HƏMAS arasında atəşkəs yanvarın 19-da qüvvəyə minib. Dünən xəbər verilmişdi ki, İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 30-da radikallar tərəfindən azad edilməli olan girovların siyahısını alıb.