Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlİtaliyanın MN Ukrayna hərbçilərinin ölkədə təlim keçəcəyini təsdiqləyib
18 May 2023 22:45 | Baxış sayı: 528
İtaliya Müdafiə Nazirliyi ukraynalı hərbçilərin təlimində iştirak etmək imkanını nəzərdən keçirib.
Bunu qurumun rəhbəri Quido Krozetto parlamentin xarici işlər və müdafiə komissiyalarının birgə iclasında deyib.
Onun sözlərinə görə, söhbət digər məsələlərlə yanaşı, ölkə ərazisində yerləşən hərbi obyektlərdə təlim keçməkdən gedir.
Müdafiə naziri təsdiq edib ki, İtaliya “Brüsselin komandanlığı altında Polşa və Almaniyaya göndərilməli olan kadrların köməyi ilə” Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçülərinin hazırlanması üzrə Avropa təşəbbüsündə iştirak etmək niyyətindədir.
İtaliyadakı Ukrayna hərbçilərinə ixtisaslaşdırılmış təlim kursları təklif olunacaq.