Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlKadırovun 17 yaşlı oğlu Təhlükəsizlik Şurasının katibi ELAN OLUNDU
23 Aprel 2025 13:36 | Baxış sayı: 354
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov respublikanın Təhlükəsizlik Şurasının katibi elan edilib.
AJMEDİA.İNFO Rusiya mediasına istinadla bildirir ki, onun yeni vəzifəsi “Qroznı-İnform” dövlət xəbər agentliyinin qeydində göstərilib. Agentliyin məlumatına görə, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Çeçenistanda yanacaqdoldurma məntəqələrində aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə göstəriş verib.
Lakin Çeçenistan hakimiyyəti Kadırovun oğlunun yeni vəzifə aldığını rəsmən açıqlamayıb. Eyni zamanda, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının saytında Kadırovun oğlu artıq katib kimi qeyd olunub.