Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlKanada Rusiyaya dron tədarükünə görə İrana qarşı sanksiyalar tətbiq edib
03 May 2023 22:15 | Baxış sayı: 613
Kanada Rusiyaya dronların tədarükünə görə İrana qarşı sanksiyalar tətbiq edib.
Buna səbəb Ukraynaya qarşı istifadə edilən pilotsuz təyyarələrin tədarükü olub.
Bu, Kanadanın 2022-ci ilin oktyabr ayından İran rejiminə qarşı tətbiq etdiyi 11-ci sanksiya paketidir.
Dünənki sanksiya siyahısına İranda insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında oynadıqları rola görə bir təşkilat və doqquz şəxs daxildir.
Kanada, həmçinin İranın əsas dron istehsalçısı "Paravar Pars"ın yüksək rəhbərliyinə qarşı da tədbir görüb.