Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlKanada Ukraynaya 1 milyon patron tədarükünü yekunlaşdırır
27 May 2023 02:06 | Baxış sayı: 568
Kanada aprel ayında elan edilən hərbi yardım paketindən təxminən 5000 atıcı silah və bir milyon patronun çatdırılmasını yaxın həftələrdə tamamlayacaq.
Bu barədə "Ukrinform"a məlumat yayıb.
“Aprel ayında elan edilmiş atıcı silah və sursatlarla birlikdə yardım paketinin çatdırılması qrafikə uyğun olaraq davam edir. Pulemyotlar, avtomatlar, təmizləyici vasitələr və maqazinlər artıq Ukraynaya çatdırılıb, 1 milyon ədəd 5,56 mm-lik patron və 4800 avtomat isə yaxın həftələrdə gəlməlidir” – məlumatda deyilir.
Ümumilikdə yardım paketində 21 min atıcı silah və 2,4 milyon patron var.