Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlKiyev Ukraynada Qərb silahlarının istehsalı üçün danışıqlar aparır
20 İyun 2023 10:02 | Baxış sayı: 620
Kiyev Qərb müdafiə şirkətləri ilə Ukraynada silah, o cümlədən pilotsuz təyyarələr istehsalının yaradılması ilə bağlı danışıqlar aparır.
Bunu müsahibəsində Ukraynanın strateji sənaye nazirinin müavini Serhiy Boev deyib.
Boevin sözlərinə görə, danışıqlarda Almaniya, İtaliya, Fransa və Şərqi Avropa şirkətləri iştirak edir. Ukrayna nümayəndəsi konkret ad çəkməkdən imtina edib.
Qeyd olunur ki, bir sıra Qərb şirkətləri dronların istehsalına investisiya yatırmağa hazır olduqlarını bildiriblər.