Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlKolumbiya təyyarə qəzasından sonra cəngəllikdə 40 gün qalan azyaşlılar xəstəxanadan evə buraxılıb
15 İyul 2023 03:37 | Baxış sayı: 648
Kolumbiyada təyyarə qəzasından sonra cəngəlliklərdə 40 gün sağ qalan uşaqlar xəstəxanadan buraxılıblar.
Bu barədə Mərkəzi Hərbi Hospitalın nümayəndələri məlumat yayıb.
“Mərkəzi Hərbi Hospitalın rəhbərliyi xəbər verir ki, “Ümid” əməliyyatı nəticəsində xilas edilən azyaşlılar evə buraxılıb”, - məlumatda deyilir.
Mayın 1-də Kolumbiyada qəzaya uğramış “Cessna 206” təyyarəsində olan 4 uşaq iyunun 10-da sağ tapılıb.
Məlumata görə, “Cessna 206”-nın mühərrikində nasazlıq yaranıb və uçuş heyəti təcili siqnal verməyə müvəffəq olub.
Xilasetmə əməliyyatında ümumilikdə 120 xüsusi təyinatlı əsgər və 73 mülki şəxs iştirak edib. Təyyarə yalnız 370 saat axtarışdan sonra tapılıb. Hərbçilər həmçinin meşənin kolluqlarında üç yaşlı adamın meyitini də tapıblar. Amma təyyarədə olan uşaqlar kabinədə və ya yaxınlıqda olmayıblar.
Hadisə zamanı təyyarədə ümumilikdə yeddi sərnişin olub, onların qalanları, o cümlədən uşaqların anası dünyasını dəyişib. Azyaşlıların ən böyüyünün 13 yaşı var, ən kiçiyi 11 aylıqdır.
Daha əvvəl təyyarə qəzasından sonra 40 gün Kolumbiya cəngəlliklərində qalan uşaqların əmisi indiyə qədər onlardan yalnız biri ilə danışa bildiyini bildirib. Uşaqların babalarının qardaşı Fidensio Valensiya bildirib ki, azyaşlılar xilas edildikdən sonra yata bilmirlər.