05 May 2025
Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ!

Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ!

Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ!

10 Aprel 2025 15:59 | Baxış sayı: 692

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, müraciət etmək istəyən şəxslər 10 aprel 2025-ci il saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci il tarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.

Müsabiqə üzrə ümumi məlumat

https://baku.edu.gov.az/az/page/228/7645