Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlLaçında hərbi qulluqçularımız həlak oldu
04 Yanvar 2024 15:06 | Baxış sayı: 677
Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”, - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.