Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Lavrov Nikaraquada səfərdədir
19 Aprel 2023 23:50 | Baxış sayı: 555
Rusiya xarici işlər naziri Sergey Lavrov Nikaraquanın paytaxtı Manaquada səfərdədir.
O, bazar ertəsi başlayan Latın Amerikası turu çərçivəsində Venesueladan Nikaraquanın paytaxtına uçub.
Bu barədə TASS məlumat yayıb.
Manaquada Lavrovu Nikaraqua Prezidenti Daniel Orteqa qəbul edib. Bundan başqa, vitse-prezident Rosario Murillo ilə görüş planlaşdırılır.
Görüşün əvvəlində Lavrov Rusiya Prezidenti Vladimir Putinin salamlarını Orteqaya çatdırıb və onu aprelin 19-da Nikaraquada qeyd olunan Sülh Günü münasibətilə təbrik edib. Bundan sonra görüş mətbuatsız davam edib.