Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəlLeysan xarakterli yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
02 May 2023 09:35 | Baxış sayı: 481
Bakıda və Abşeron yarımadasında mayın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında isə, mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.