Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Los-Ancelesdə silahlı hücum olub, ölən və yaralananlar var
02 Aprel 2023 07:33 | Baxış sayı: 598
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində “Trader Joe’s”un ərzaq mağazası yaxınlığında naməlum silahlı şəxs atəş açıb.
İnsident nəticəsində bir nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.
Los-Anceles Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, olay yerli vaxtla aprelin 1-də saat 15:45-də (Bakı vaxtı ilə aprelin 2-də 02:45) baş verib. 45 yaşlı kişi hadisə yerində ölüb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlar ağır və ya kritik durumdadırlar.
Polis məmuru şübhəlinin yaxalandığını bildirib. Hadisənin səbəbləri bəlli deyil.