Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlMacarıstan Aİ-nin miqrasiya siyasətini tənqid edib
18 İyun 2023 23:03 | Baxış sayı: 620
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) miqrasiya siyasəti planını tənqid edib.
O bu barədə fikirlərini tviterdə paylaşıb.
Onun sözlərinə görə, bu plan Avropaya gələn miqrantların köçürülməsi üçün məcburi kvotaların tətbiqini nəzərdə tutur.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts qaçqınların qəbulu üçün ümumi sistem yaratmağa çağırıb. Hazırda Aİ səviyyəsində miqrasiya haqqında yeni pakt müzakirə olunur.