Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəl"Martın 11-i saat 12:10-da Ermənistan Ordusuna məxsus..." - MN-dən TƏCİLİ MƏLUMAT
11 Mart 2024 12:24 | Baxış sayı: 417
Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib", - məlumatda vurğulanıb.