Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
2 saat əvvəlMasallıda qız şagirdlər arasında dava: Xəstəxanaya yerləşdirilən var
01 May 2025 11:18 | Baxış sayı: 346
Masallıda şagirdlər arasında insident yaşanıb.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.
Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər.
Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxanadan bildirilib ki, Şərəfə kənd sakini, 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.