05 May 2025
Maurisio Funes 6 il azadlıqdan məhrum edilib

Maurisio Funes 6 il azadlıqdan məhrum edilib

Maurisio Funes 6 il azadlıqdan məhrum edilib

06 İyul 2023 04:28 | Baxış sayı: 589

Salvadorun eks-prezidenti Maurisio Funes 6 il azadlıqdan məhrum edilib.

Bu barədə məhkəmənin qərarına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Funes 2014-cü ildən, yəni prezidentlik müddəti bitdikdən sonra təxminən 85 min dollar məbləğində vergidən yayınmaqda təqsirli bilinib. Altı il həbsdən əlavə, o, 200 min dollar məbləğində cəriməyə məhkum edilib.

Bu, keçmiş Salvador lideri üçün ikinci məhkumluq və həbs müddətidir. Mayın 30-da Salvador hakimiyyəti onu cinayətkar dəstələrin üzvləri ilə əlbir olmaqda ittiham edərək qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

Funes ölkəyə 2009-2014-cü illərdə rəhbərlik edib. 2016-cı ildə ona Nikaraquada sığınacaq verilib.