Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəl"Mcdonald"s yenə qanunvericiliyin tələblərini pozdu
25 İyul 2024 08:03 | Baxış sayı: 460
"Mcdonald"s Azərbaycan" QSC-yə inzibati protokol yazılıb.
Xəbərə görə, Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.//Pravda.az