Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlMəktəb direktoru bu əməlinə görə İŞDƏN ÇIXARILDI - FOTO
18 Dekabr 2023 11:06 | Baxış sayı: 784
Xaçmaz rayon Çiləgir kənd orta məktəbinin direktoru Anar Nəcməddinli tutduğu vəzifədən uzaqlaşdırılıb.
AJMEDİA.İNFO "7Times.az”a istinadla xəbər verir ki, direktorun bu vəzifədən çıxarılmasına əsas səbəb onun qanunsuz əməlləri olub. Beləki o, müxtəlif qeydiyyat yerlərinə aid olan şagirdlərin adlarını direktor olduğu Çiləgir kənd orta məktəbinin şagird siyahısına daxil edərək onların təhsildən yayınmasına şərait yaradıb.
Qeyd edək ki, Anar Nəcməddinli 5 il bundan əvvəl həmin vəzifəyə təyin edilmişdi.
Hazırda məktəbin direktor səlahiyyətləri təhsil müəssisəsinin direktor müavini olan Vüsalə Yusifliyə həvalə edilib.