Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlMəktəblərdə yaz tətili başlayır - BU TARİXDƏN
30 Aprel 2025 10:37 | Baxış sayı: 314
Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.
AJMEDİA.İNFO-ya bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.
️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.