Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlMəşhur aktrisa və həyat yoldaşı ağır qəzaya düşdülər - FOTO
25 Fevral 2025 16:01 | Baxış sayı: 520
Türk kinosunun əfsanəvi adlarından Müjde Ar və həyat yoldaşı Mehmet Ercan Karakaş qəzaya düşüb.
AJMEDİA.İNFO türk mediasına istinadla xəbər verir ki, aktrisa Müjde Ar və əri, keçmiş mədəniyyət naziri Mehmet Ercan Karakaş avtomobil ilə qəzaya düşüblər.
Sənətçinin vəziyyəti ilə bağlı Müjde Arın aparıldığı xəstəxanadan açıqlama gəlib.
"Pasiyentimiz Müjde Ar 24 fevral 2025-ci il tarixində saat 20:30 radələrində Acıbadem Maslak Xəstəxanasına müraciət edib. Yol qəzası nəticəsində bel və baş ağrısı şikayətləri ilə xəstəxanamıza gələn Müjde Arın təsirindən sağ dizində ödem və şişkinlik diaqnozu qoyuldu. Xəstəmizin ətraflı müayinəsi və müalicəsinin normal olması üçün xəstəmizin müalicəsi davam edir" .