Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəlMəşhur aktyor VƏFAT ETDİ - FOTO
06 May 2024 07:38 | Baxış sayı: 524
“Titanik” (1997) və “Üzüklərin hökmdarı” filmlərindəki rolları ilə tanınan aktyor Bernard Hill 79 yaşında vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, aktyorun meneceri onun bu səhər öldüyünü təsdiqləyib.
Aktyorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, ingilisəsilli aktyor 1944-cü ildə anadan olub. O, aktyor karyerasına 1970-ci illərdə başlayıb. Hill yarım əsrdən çox vaxtını televiziya, kino və teatrda keçirib. O daha çox “Üzüklərin hökmdarı” filmindəki Rohan Kralı "Teoden" rolu, eləcə də “Titanik”in kapitanı "Edvard Smit" rolu ilə tanınır.(Sfera.az)