05 May 2025
Məşhur müğənni: "Ağlımı itirməyə başlamışam" - FOTO

Məşhur müğənni: "Ağlımı itirməyə başlamışam" - FOTO

Məşhur müğənni: "Ağlımı itirməyə başlamışam" - FOTO

06 Fevral 2025 11:54 | Baxış sayı: 638

Rusiyanın Əməkdar artisti, müğənni Nataşa Korolyovanın səhhətində problem yaranıb.

AJMEDİA.İNFO “Moskovskiy komsomolets”-ə istinadən xəbər verir ki, bu barədə sənətçi jurnalistlərə açıqlamasında bildirib.

Buna ifaçının gərgin iş qrafiki səbəb olub.

“Gündə maksimum bir neçə saat yatıram. Mənə elə gəlir ki, buna görə ağlımı itirməyə başlayıram", - deyə Korolyova deyib.

O, həkimə müraciət etməyi düşünmədiyini, probleminin öhdəsindən təkbaşına gələ biləcəyinə ümid edir.

Əməkdar artist xüsusən də teatra gedərək yaxşı tamaşalar izləməklə emosional stressi atmağa çalışır.