05 May 2025
Metro pulsuz oldu

Metro pulsuz oldu

Metro pulsuz oldu

14 Yanvar 2025 09:00 | Baxış sayı: 457

Təbriz metrosu bu gün pulsuz xidmət göstərib. Aksiya havanın çirklənməsi ilə mübarizə çərçivəsində keçirilib.

AJMEDIA.INFO Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, vətəndaşların şəxsi maşından istifadəsini azaltmaq və bununla da hava çirklənməsinin qarşısının alınmasına töhfə vermək məqsədilə metro bir günlük pulsuz olub.

Şəhər rəhbərliyi havanın çirklənməsinin artması ilə əlaqədar vətəndaşları lüzumsuz səfərlərdən çəkinməyə və mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.