05 May 2025
Namiq Qaraçuxurludan şou-bizneslə bağlı ŞOK AÇIQLAMALAR

Namiq Qaraçuxurludan şou-bizneslə bağlı ŞOK AÇIQLAMALAR

Namiq Qaraçuxurludan şou-bizneslə bağlı ŞOK AÇIQLAMALAR

22 Aprel 2025 15:24 | Baxış sayı: 467

Meyxanaçı Namiq Qaraçuxurlu açıqlaması ilə müzakirələrə səbəb olub.


AJMEDİA.İNFO xəbər verir ki, o "İncə səhər" verilişinə müsahibəsində şou-biznesin sadəcə yalandan ibarət olduğunu qeyd edib.


Baş rolda oynayanları isə "Yalançı" adlandırıb:


"Şou-biznes əslində filmdir. Şou-biznesdə doğru nə var ki?! Açığı baş rolda olanlar da yalançıdırlar. Bəli onlar daha çox yalançıdırlar. Biləsiniz ki, şou-biznesdə yalançılıq istedad sayılır. Burada baş verənlər filmdir, həqiqət deyil. Hamımız bilirik ki, bunun arxasında başqa şeylər var. Ona görə şou-biznes haqqında film çəkməyə ehtiyac yoxdur".


Qaraçuxurlunun bu açıqlaması sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.