Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlNaxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
16 İyul 2023 05:42 | Baxış sayı: 600
İyulun 16-sı saat 02:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AJMEDİA.İNFO-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.