Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlNeft qiymətləri dibə gedir: Brent 71 dollar oldu
06 Sentyabr 2024 20:35 | Baxış sayı: 357
Dünya neft bazarında qiymət enişi davam edir.
Bloomberg xəbər verir ki, hazırda Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 71 dollara ticarət olunur.
Bu, 28 iyun 2023-cü ildən bəri ilk dəfədir ki, neft qiymətləri bir barel üçün 72 dollardan aşağı düşüb.
Eyni zamanda Nyu-York birjasında WTI markalı xam neftin oktyabr fyuçersləri bir barel üçün 67,57 dollar olub.
Qeyd edək ki, bazar hazırda Çindən gələn bədbin məlumatların təsiri altındadır. ABŞ-da ehtiyatların rekord səviyyədə azalması, Liviyada hasilatın düşməsi, eyni zamanda OPEK+ ölkələrinin hasilatı artırmaq planlarını təxirə salmaları belə Çin iqtisadiyyatında artımın zəifləməsi xəbərlərinin təsirini azalda bilmir.